!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasi QALMAQAL: Pekin Kiyevdən Çin və Hindistanla bağlı sözlərinə izahat TƏLƏB ETDİ

!Reklam – Yazi

Pekin Kiyevdən Podolyakın Çin və Hindistanın “zəif potensialı” ilə bağlı sözlərinə iazahat tələb edib.

Yenicag.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

O deyib ki, Ukrayna hakimiyyəti Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyakın Çin və Hindistanın “zəif intellektual potensialı” ilə bağlı açıqlamasına aydınlıq gətirməlidir.

Mao Ninq brifinqdə Pekinin Podolyakın belə bir bəyanatını necə şərh edə biləcəyini soruşan jurnalistin sualını cavablandırarkən, “Mənim bu bəyanatın əsasları haqqında heç bir fikrim yoxdur. O, sözlərinə aydınlıq gətirməli və özü izahat verməlidir”.

Çinli diplomat həmçinin xatırladıb ki, Çin hakimiyyəti Ukrayna problemində “ardıcıl olaraq məsuliyyətli mövqe tutur” və onun danışıqlar yolu ilə həllinə çalışır.

“Bu şəxs (Podolyak) situasiyanı vicdanla təhlil etməli və düzgün münasibət bildirməlidir”,- Mao Ninq deyib.

Xatırladaq ki, bundan əvvəl Podolyak Hindistan və Çin kimi ölkələrin hərəkətlərinin “nəticələrini təhlil etməyən” ölkələrin “zəif intellektual potensialı” ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, bu dövlətlər Türkiyə kimi Ukrayna münaqişəsindən “pul qazanırlar”.

Xuraman Etibarlı

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv