!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Siyasi vəziyyət hər an dəyişə, Paşinyan istefa verə bilər” – SENSASİON AÇIQLAMA

!Reklam – Yazi

“Siyasi vəziyyət hər an dəyişə bilər. Paşinyan tarixdə məğlub baş nazir kimi qalmamaqçün özü də istefa verə bilər”.

Bunu “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryanın “Paşinyan hökumətinin dəyişməsi vacibdir, yoxsa bir gün oyanıb Ermənistanın var olmadığını görəcəyik” sözlərini şərh edən politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistanda yaşayan ermənilər 44 günlük müharibədəki məğlubiyyətdən sonra ölkələrinin çətin vəziyyətə düşdüyünü görərək sülhə razı oldular:

“Ermənistanın baş naziri Nikol Paşinyanın müharibədə məğlub olmasına baxmayaraq ikinci dəfə seçilməsinə səbəb məhz xalqın sülh istəməsidir. Hazırda baş nazirin Azərbaycanla sülhə yönəlik atdığı addımlar müxalif və sabitliyi istəməyən qüvvələrdə narazılığa səbəb olub. Hər zaman da belə olub. Müşahidə aparsaq, Ermənistanda Azərbaycanla sülh proseslərində müsbət mesajlar ötürən nümayəndələrin postundan uzaqlaşdırıldığını, hakimiyyətin dəyişildiyini, parlamentin güllə-baran edilməsi hallarını görərik.

Vətən müharibəsindən öncə Qarabağın Ermənistana aid olduğunu iddia edən Paşinyan cəzasını aldı. Artıq o beynəlxalq tribunalarda, hətta Ermənistan parlamentində Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyir. Yanaşı olaraq Ermənistanın Azərbaycanın 86.6 kv/km-lik ərazisini tanıdığını bəyan edir. Bu şifahi olaraq deyilən sözlərdir. Bizə isə lazım olan şifahi nitqin sənədlə təsdiqidir. Lakin Ermənistanın bacısı Fransa və bir sıra müxalif qüvvələr sülh müqaviləsinin bağlanmasını istəmir. Buna səbəb isə sülh istəməyən qüvvələrin Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb özlərinin güclənməsini istəməsidir.

Siyasi vəziyyət hər an dəyişə bilər. Paşinyan tarixdə məğlub baş nazir kimi qalmamaq üçün özü də istefa verə bilər. Yaxud müxalif qüvvələr birləşərək sülh müqaviləsinin bağlanmaması üçün onu hakimiyyətdən uzaqlaşdıra bilərlər. Baş nazirə qarşı son zamanlar müxalif qüvvələr, siyasi nümayəndələr və revanşist qüvvələrin aqressiv yanaşmasının səbəbi məhz budur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv