Siyavuş Novruzov: “Bu məmurlar cəzalandırılmalıdır” 

Milli Məclisin bugünkü plenar iclasında 2017-ci il “Dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunub.

Yenicag.az xəbər verir ki, müzakirə zamanı çıxış edən YAP-çı deputat Siyavuş Novruzov 2017-ci il Dövlət büdcəsi ilə bağlı bəzi sualların hələ də cavabsız qaldığını deyib:

“Son aylarda hökumətin tərkibində bəzi dəyişikliklər həyata keçirilib. Dəyişikliklərin bir hissəsi də ölkənin vergi sistemini tənzimləyən qurumlarının rəhbərliyini əhatə edib.

Bununla belə hələ də bizə məlum deyil ki, bu dəyişikliklər vergi yığımına hansı formada təsir edib. Bu suallara cavab gəlmir deyə, müəyyən ittihamlar, iddialar irəli sürülür.

Ona görə də bu ittihamlara aydınlıq gətirilməlidir. O iddialar əsaslıdırsa, həmin məmurlar cəzalandırılmalıdır. Həqiqətə uyğun deyilsə, həmin şəxslər böhtançı kimi məsuliyyətə cəlb olunmalıdır.”

 

COP29