“Vaxtilə o müqaviləni bəyənməyənlərdən, ya dəstəkləməyənlərdən bu gün Milli Məclisdə əyləşənlər var”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisdə “Azəri”-“Çıraq-“Günəşli” yataqları üzrə yeni sazişin müzakirəsindəki çıxışında səsləndirib.
Novruzovun sözlərinə görə, o zaman bir çoxları, hətta prezidentliyə namizəd olmaq istəyən bəzi şəxslər sözügedən sazişin gerçəkləşməsinə inanmırdılar:
“Həmin şəxslər bu sazişi xülya adlandırırdılar, lakin tarix sübut etdi ki, o adamların özlərinin fikirləri xülyadır”.
O, əlavə edib ki, hazırda bu saziş Azərbaycana böyük faydalar gətirir, ölkənin iqtisadi inkişafında mühüm rol oynayır:
“Bu müddət ərzində biz onun iqtisadi səmərəsini görmüşük. Vaxtilə bu müqaviləni bəyənməyənlərdən, ya da dəstəkləyənlərdən bu gün Milli Məclisdə əyləşənlər də var. Bu, çox sevindirici haldır”.