Reklam

Reklam

“Nazirlər Kabinetinin hesabatını qənatbəxş hesab edirəm. Dünyada böhran baş verir, Azərbaycanda isə xeyli iş görülüb. Qiymət artımı digər ölkələrdə də var. Qiymətlər artır, bu, təbiidir, amma süni şəkildə artımın qarşısını almalıyıq”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Komitə sədrinin sözlərinə görə, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısını almaq lazımdır ki, vətəndaşlarımız çətinliklə üzləşməsin.

S.Novruzov, həmçinin qeyd edib ki, banklar dollar depozitini 3 faizlə götürür, digər vətəndaşa 24 faizlə verir: “Mərkəzi Bank bu məsələlərə nəzarət etməlidir. Araşdırılmalıdır ki, insanlara hansı əsasla bu faizlə kredit verilir. Kimin ağlına nə faiz gəldi onu edirsə, düzgün deyil. Vətəndaşın kreditləri qaytarması çətindir. Onlar hansısa əsasla bunu edirlər. Vətəndaşı soymaq olmaz, belə olanda vətəndaş hüquq-mühafizə orqanları ilə qarşı-qarşıya qalır. Prezident İlham Əliyevin dediyi kimi, hər şey vətəndaş üçün olmalıdır”.

Millət vəkili bildirib ki, bu gün Azərbaycanda 18-19 nazirlik var: “Ancaq bəzi nazirliklərin regional idarələri mövcuddur. Ölkənin nazirliyi hökumətin strukturudur. Əgər lazımdırsa, nazirliklərin hamısı regional olmalıdır. Kimsə axşam yatıb səhər durub deyir ki, mən öz struktrumu regional etdim. Bəzi hallarda görürsən ki, həmin strukturlar ləğv olunur, əvvəlki sistemə qayıdır. Və yaxud, kim hansı rayonu istəyirsə, özünə regional mərkəz seçir. Bu, nəyə əsasən seçilir? İnsanlar başa düşməlidir ki, bu, nə üçün həyata keçirilir. Vətəndaş hər hansı problemi olanda yerli icra hakimiyyətlərinə müraciət edir. Hökumətin yerdəki səlahiyyətli nümayəndələri onlardır. Belə olan halda isə, icra hakimiyyətləri küçə süpürməklə məşğul olur”.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 52
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."