Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Siyavuş Novruzovdan “vedrə söhbəti”nə REAKSİYA

YAP-ın İdarə Heyətinin və Siyasi Şurasının üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov növbəti dəfə sosial şəbəkə istifadəçilərinin tənqid hədəfinə tuş gəlib. Deputat “Space” televiziyasındakı “Sadə həqiqətlər” verilişində bəzi fikirlər səsləndirib ki, bu da onun ətrafında müzakirələrə səbəb olub. Belə ki, S.Novruzov verilişdə Heydər Əliyevlə bir siyasətçi arasında baş vermiş dialoqu xatırladıb.

Həmin fikirləri təqdim edirik: “Naxçıvan dövrü idi. Mövqesiz adamlardan biri Heydər Əliyevə yaxınlaşdı. Ondan soruşdu ki, hər şeyin ölçüsü var. Məsələn, işıq amperlə, su vedrəylə ölçülür. Litrlə də yəni. O biri kiloyla, tonla ölçülür. Bəs bu sədaqətin, vəfalılığın da ölçüsü varmı? Özü sədaqətsiz adam idi. Heydər Əliyev dedi var ki var, o zamandır. Zaman göstərir ki, kim sədaqətlidir, kim sədaqətsiz”.

Yenicag.az xəbər verir ki, Siyavuş Novruzovun sözügedən mövzu ilə bağlı Musavat.com-a danışıb:

“Mən şəxsi səhifəmdə müəyyən yazılar verirəm. Amma bu məsələ ilə bağlı ehtiyac görmədim. Bilirsiniz, onsuz da bunun mənası yoxdur. Çünki ağlı, dərrakəsi kəsən adam söhbətin nədən getdiyini anlayır. Hamı görür, baxır, söhbətin nədən getdiyini bilir. İkinci sinif şagirdi də bilir ki, su, ümumiyyətlə, maye nə ilə ölçülür. Bunu müzakirə mövzusuna çevirməkdə başqa məqsədləri var. Söhbətin mahiyyəti onlara sərf eləmir axı… Mən 30 ildir siyasətdəyəm, belələrini yaxşı tanıyıram. Guya ki, Amerika kəşf edib. Ağlı kəsən adam başa düşür ki, burada söhbət tamam başqa mənadan gedir və mahiyyət də tamam başqadır. Əfsuslar olsun ki, bu məsələni müzakirəyə çıxaranların bir qrupu da guya Harvardda, Oksfordda qurtarıb. Daş düşsün o Harvardın başına ki, bu cür “student”lər yetişdirib! (Gülür) İndi təsəvvür eləyin də”.

www.yenicag.az

437
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100