!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyavuş Novruzovun professor qardaşı vəfat etdi - FOTO

!Reklam – Yazi

Bakı Dövlət Universitetinin (BDU) müəllimi, filologiya elmləri doktoru, professor Məmmədəli Novruzov (Qıpçaq) vəfat edib.

Yenicag.az xəbər verir ki, M.Qıpçaq 65 yaşında uzun sürən şəkər xəstəliyindən dünyasını dəyişib.

M.Novruzov BDU-nun Türkologiya kafedrasında çalışıb.

Qeyd edək ki, M.Novruzov 1956-cı il martın 28-də Naxçıvanın Babək rayonunun Cəhri kəndində doğulub. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil alıb.

1985-ci ildən BDU-nun Türkologiya kafedrasında baş müəllim, dosent işləyib, 2006-cı ildən isə universitetin professoru idi.

Xatırladaq ki, M.Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşıdır.

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv