“Skype”da mühüm yenilik – Danışıqları yadda saxlamaq mümkün olacaq – Yenicag.Az

Reklam

Reklam

“Skype” videomessencerinin növbəti yeniləməsində səsli və videozənglərin yazılması funksiyası əlçatan olacaq. Bundan əvvəl danışığın səs yazısını əldə etmək istəyən istifadəçilər kənar, əsasən pullu xidmətlərdən (məsələn, “Avaer”) istifadə etmək məcburiyyətində idilər.

Yenicag.az “ICTnews”a istinadən yazır ki, həmsöhbətlərdən biri danışığı yadda saxlamaq istədikdə digər həmsöhbətə bu haqda bildiriş göndəriləcək. Səs yazıları “bulud” saxlama sistemində saxlanıldığına görə onları istənilən qurğudan (“Windows”, “Mac”, “iOS”, “Android” və hətta “Linux”) dinləmək mümkün olacaq.

“Skype” proqramının yeni versiyası cari ayın sonuna kimi təqdim olunacaq.

Cari ilin yazında “Microsoft” korporasiyası “Android” mobil sistemi üçün “Skype” proqramının yüngül versiyasını təqdim edib. Proqram zəif qurğularda daha yaxşı işləyir, görüntü və səs daha yüksək keyfiyyətdə ötürülür.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4238
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."