!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Smart kart" abunəçisi olsa da, "Azərişıq"dan borc SMS-i gəldi - VİDEO

!Reklam – Yazi

“Smart kart” sayğacına görə əvvəlcədən ödəniş etsələr də, sonradan telefonlarına borc SMS-i gəlib.

Yenicag.az xəbər verir ki, hadisə Yevlax rayonun Xanabad kənd sakinlərinin başına gəlib.

“Smart kart” sayğacları olan abonentlərə – Ülvi Məmmədova 82 manat, İlqar Məmmədova isə 37 manat borcu olması haqqında “Azərişıq” tərəfindən SMS göndərilib.

Sakinlər bildirib ki, smart kart sayğaclar Xanabadda təxminən 3 il əvvəl quraşdırılıb. Borc bildirişi alan İlqar Məmmədovun smart kart sayğacı isə təxminən 6 ay öncə qoyulub.

Ülvi Məmmədova isə bu ay ərzində 2 dəfə sms bildirişi göndərilib. Amma abonentin sayğacının üzərində hazırda 10 manat 25 qəpik istifadə olunmayan pul olduğu görünür.

“Azərişıq” ASC-nin Yevlax Elektrik Şəbəkəsindən “Xəzər Xəbər”ə bildirildi ki, Xanabad kənd sakinlərinin smart kartla işləyən sayğaclarının tarifi dəyişməyib, onlar 1 kilovat üçün köhnə qiymətlə 7 qəpik ödəyiblər, poçtda ödəniş edərkən köhnə tarifdə qalıb.

“Amma istifadə edilən enerji yeni qiymətlərlə 8-9 və 13 qəpiklə hesablanıb. Poçtla mütamadi ödəniş edən abonentlərdə hər hansı borc olduğu da görünməyib.Digər ödəmə terminallarında ödənişlər olduqda yeni tariflər kartda bərpa olunur. Hazırda yaranan borclar qiymət dəyişikliyindən sonra qalan qəpiklərin fərqidir”,- deyə bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv