Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Smart tipli sayğacların bərpası üçün ictimai kampaniyaya başlamaq lazımdır” – İqtisadçıdan TƏŞƏBBÜS

“Smart sayğaclar şəffaflıq və vaxtında 100 faiz yığım deməkdir, heç kimə əvvəlki dövrə görə borc yazmaq mümkün deyil”.

Yenicag.az xəbər verir ki, bunu smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsinə münasibət bildirən itisadçı Rövşən Ağayev bildirib.

İqtisadçının sözlərinə görə, mexaniki sayğaclaşmadan kütləvi narazılıq müşahidə olunur və bu etiraz başadüşüləndir:

“Su və qaz təchizatında təcili olaraq smart sayğacların bərpa olunması üçün sosial şəbəklərdə geniş kampaniya başlatmaq lazımdır ki, hökumətin səlahiyyətli şəxslərinin diqqətini bu prosesə cəlb etmək mümkün olsun.

Smart sayğaclar şəffaflıq deməkdir. Yəni heç kim istehlakçını aldada bilməz. Smart sayğaclar ünsiyyətin aradan qalxması və kommunal işçilərlə istehlakçının canlı görüşməsinə ehtiyacın olmaması deməkdir.

Eyni zamanda, smart sayğacdan istifadə edilməsi 100 faiz və vaxtında yığım deməkdir. Heç kimə əvvəlki dövrə görə borc yazmaq mümkün deyil. Heç kağız ödəmə qəbzlərini də illərlə saxlamağa ehtiyac yoxdur. Bütün fəal insanlar “smart sayğacları bərpa edin!” kampaniyasında bu təşəbbüslə çıxış etməlidir.

Onsuz da vətəndaş cəmiyyətinin gücü böyük problemlərin həllinə çatmır, yaxud belə problemlərdə onları eşidən olmur. Heç olmasa, xırda problemlərlə də bizi yorub əldən salmağa imkan verməyək”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

165