!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Snoop Dogg"un İrəvanda baş tutacaq konserti TƏXİRƏ SALINDI

!Reklam – Yazi

“Snoop Dogg”un konserti qeyri-müəyyən müddətə təxirə salınıb.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, sentyabrın 23-də İrəvanda baş tutmalı olan “Snoop Dogg”un konserti qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə “Doping Space” təşkilatçılarının bəyanatında deyilir.

“Təəssüflə bildiririk ki, Ermənistan hökuməti sentyabrın 23-nə planlaşdırılan “Snoop Dogg”un konsertinin təxirə salınması qərarını rəsmən elan edib.

Bilet alan və konserti səbirsizliklə gözləyən hər kəsdən səmimi qəlbdən üzr istəyirik.

Biz həmçinin sizi əmin etmək istəyirik ki, biletlərin təfərrüatları və yeni konsert tarixinin elanı tezliklə əlçatan olacaq”.

Xuraman Etibarlı

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv