!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SOCAR AQŞ, Türkiyə Neft Şirkəti (TPAO) ilə qazma xidmətləri üzrə yeni müqavilə imzaladı

!Reklam – Yazi

Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti SOCAR AQŞ-nin törəmə şirkəti
“SOCAR AQŞ Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” (SOCAR AQŞ Türkiyə), Türkiyə
Respublikasının dövlət neft şirkəti olan Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) şirkəti ilə
qazma xidmətləri üzrə mühüm müqavilə imzaladığını elan edir.

Müqaviləyə əsasən, SOCAR AQŞ Türkiyə, Türkiyənin cənub-şərq bölgəsində quruda yerləşən
dörd neft quyusu üçün qazma xidmətləri göstərəcək.
Bu müqavilə enerji sektorunda strateji tərəfdaşlığı təmsil edən hər iki təşkilat üçün mühüm
nailiyyətdir. Sazişin ölkənin ümumi neft hasilatını dəstəkləyəcəyi və regionda məşğulluğu
artıracağı gözlənilir.

Bu əlamətdar hadisəni şərh edən SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev qeyd edib:
“SOCAR AQŞ Türkiyə öz zəngin təcrübəsindən və müasir texnologiyalardan istifadə edərək,
layihə zamanı təhlükəsiz və səmərəli fəaliyyət göstərməyi və maksimum məhsuldarlığı təmin
etməyi qarşısına məqsəd qoyub.”

“SOCAR AQŞ Türkiyə və TPAO arasında olan bu tərəfdaşlıq, regionun enerji sənayesinin
inkişafını dəstəkləmək üçün qarşılıqlı öhdəliyi vurğulayır. Biz texniki təcrübəmizdən istifadə
etməyi və hər iki tərəfə uğur gətirəcək uzunmüddətli əlaqələri inkişaf etdirməyi səbirsizliklə
gözləyirik”, – SOCAR AQŞ Türkiyə üzrə menecer Famil Xələfov əlavə edib.

SOCAR AQŞ innovativ texnologiyaları və peşəkar işçi qüvvəsi ilə müştərilərin gözləntilərini
mütəmadi olaraq qarşılayaraq etibarlı xidmət təminatçısı kimi nüfuz qazanmışdır. Şirkət həm
mövcud, həm də potensial layihələr üçün təhlükəsiz və səmərəli nəticələr təqdim etmək
öhdəliyinə sadiq qalaraq, TPAO-nun gələcək səyləri üçün etibarlı tərəfdaş olacaq.

SOCAR AQŞ haqqında:
SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy
və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin
idarə edilməsi şirkətidir.
Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz
quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma
sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər
təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.
SOCAR AQŞ 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və
bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.
Daha ətraflı:https://www.socar-aqs.com/az/

SOCAR AQŞ Türkiyə haqqında:

SOCAR AQŞ Türkiyə 2019-cu ildə SOCAR AQŞ-nin törəmə müəssisəsi kimi təsis edilib. Şirkət
eyni il Türkiyədə Tuz Gölü yeraltı qaz anbarının genişləndirilməsi layihəsi üzrə China CAMC
Engineering Co., Ltd-IC İctas Construction Industries & Trade Inc. JV ilə qazma müqaviləsi
imzalayıb. Müqaviləyə əsasən, SOCAR AQŞ Türkiyə, Türkiyənin Aksaray rayonunun Tuz Gölü
bölgəsində 40 quyu qazaraq təhvil verib. Tuz Gölü yeraltı qaz anbarının genişləndirilməsi
Türkiyənin təbii qaza olan tələbatını ödəmək üçün böyük əhəmiyyət kəsb edir və SOCAR AQŞ
Türkiyə bu mühüm missiyanın uğurla həyata keçirilməsinə töhfə verib.

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv