!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SOCAR ilə San-Marino Respublikası arasında memorandum imzalandı - FOTO

!Reklam – Yazi

SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti San Marino Respublikasında səfərdə olub.

Yenicag.az xəbər verir ki, səfər çərçivəsində Xarici İşlər üzrə Dövlət Katibliyinin binasında San Marinonun enerji məsələlərinə məsul olan dövlət katibi Marco Podeski və San Marino İctimai Xidmətlər üzrə Dövlət Şirkətinin (AASS) prezidenti Fedriko Kreşentini ilə görüşlər keçirilib.

Sonda Socar və AASS arasında Anlaşma Memorandumu imzalanıb. İki şirkət arasında enerji sahəsində əməkdaşlığı nəzərdə tutan bu sənəd cari ilin may ayında San Marinonun xarici işlər üzrə dövlət katibi Nikola Renzinin Azərbaycana rəsmi səfəri vaxtı iki ölkənin xarici işlər nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn ilk addımdır./Trend/

www.yenicag.az

1774
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv