!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SOCAR-ın 5 vitse-prezidenti vəzifələrindən azad edildi - TƏYİNATLAR VAR

!Reklam – Yazi

Yaşar Aydın oğlu Lətifov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamlarına əsasən, Süleyman Mehrəli oğlu Qasımov, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov və Xalik Rəfi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifələrindən azad ediliblər.

Hər beş Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Prezidentin digər Sərəncamları ilə İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov və Əfqan Elçin oğlu İsayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri təyin olunublar.

Hər beş Sərəncam imzalandığı gündən qüvvəyə minir.

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv