!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Soçi görüşü və “TAXIL LABİRİNTİ”: “Proseslərin inkişafı tərəflərin atacağı addımların...”

!Reklam – Yazi

“Taxıl anlaşmasının yenidən qüvvəyə minməsi daha çox üçüncü ölkələrin ehtiyacının ödənilməsinə hesablanıb”.

Bu fikirləri Türkiyə və Rusiya prezidentlərinin Soçidə baş tutan görüşünün nəticələrini dəyərləndirən professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, vəziyyətin əvvəlki məcraya qayıtması üçün Rusiya ilə yanaşı, Avropa İttifaqının da müəyyən addımlar atması lazımdır:

“Türkiyə və Rusiya prezidentlərinin Soçidə baş tutan görüşü bir sıra aspektlərdən çox maraqla gözlənilirdi. Bu sırada əlbəttə ki, Rusiyanın beynəlxalq taxıl anlaşmasında iştirakını bərpa etməsi xüsusi yer tuturdu. Bundan başqa, Türkiyə ilə Rusiya arasında bir sıra sahələr üzrə əməkdaşlıq məsələlərinin müzakirəsi də gündəliyin diqqət mərkəzində olan bəndlərindən idi.

Prezidentlərin görüşdən sonra keçirdikləri mətbuat konfransında danışıqları müsbət dəyərləndirmələri müzakirələrin normal atmosferdə keçdiyini göstərir. Lakin taxıl anlaşması ilə bağlı konkret nəticə haqqında danışmaq imkan xaricindədir. Ümumiyyətlə, qeyd edim ki, Türkiyənin o anlaşmada ümumi payı cəmi on altı faizdir. O cümlədən, Avropa İttifaqının da payı çox deyil.

Yəni taxıl anlaşmasının yenidən qüvvəyə minməsi daha çox üçüncü ölkələrin ehtiyacının ödənilməsinə hesablanıb. Hələ görüşdən əvvəl də məlum idi ki, Rusiya həmin anlaşmada iştirakını dayandırmasını Qərbin öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqələndirib. Ona görə də vəziyyətin əvvəlki məcraya qayıtması üçün Avropa İttifaqının da müəyyən addımlar atması lazımdır. Hər halda, prosesin inkişaf yönü tərəflərin atacağı addımlardan asılı olacaq”.

A.Zeynalov

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv