!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Soçi, yoxsa Brüssel görüşü?: "Rusiya buna heç bir halda imkan verməz" - POLİTOLOQ

!Reklam – Yazi

“Brüssel görüşündən heç nə gözləmirdim. Bundan əvvəl Soçidə görüş olmuşdu və bütün əhəmiyyətli qərarlar orada qəbul olunub. Bu da o deməkdir ki, Rusiya bölgəni, münaqişəni nəzarətdə saxlayır və ciddi qərarların onsuz qəbul edilməsinə heç bir halda imkan verməz”.

Bu fikri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Zərdüşt Əlizadə bildirib ki, Brüsseldə əldə edilmiş razılaşmaların hamısı Soçidə razılaşdırılmışdı:

“Yolların, işlərin işləmə mexanizmi, gömrük rüsumunun olub-olmaması qarşılıqlı razılaşma əsasında baş verəcək. Hər iki tərəfə, xüsusən Ermənistan tərəfinə o sərf edər ki, yollarda heç bir nəzarət olmasın. Sabiq SSRİ rejimində yüklər nəzarətsiz gedirdi, heç bir gömrük haqqı alınmırdı. Meqri yolu 42 km-dir. Ermənistan Azərbaycan ərazisindən Rusiyaya yük göndərsə 450 km edəcək. Əgər kilometrə görə, yükün həcminə görə rüsum almağa başlasaq, ermənilər Meqridən qazandıqlarından 10 dəfə çox Azərbaycana ödəməlidirlər. Erməni tərəfi hələlik bunu deyə bilmir. Erməni cəmiyyəti xəstədir. Vaxt gələcək, onlara sadə həqiqətlər aydın olandan sonra məsələ öz həllini tapacaq. İndiki mərhələdə Zəngəzur dəhlizinin müzakirəsini heç cür anlaya bilmirəm. Yol yoxdur. Olsa da, iki ildən sonra tikiləcək.

Bakı-Tiblisi-Qars dəmiryolu 8-10 faiz gücü ilə işləyir. 90 faiz daşınma yoxdur. Bu, həm də o anlama gəlir ki, yük də yoxdur. Naxçıvana onsuzda yüklər İran üzərindən daşınır. Həcmi də o qədər böyük deyil. Yəni, indiki halda Zəngəzur dəhlizi cəmiyyətin bir nömrəli mövzusu olmamalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv