!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Soçidə üçtərəfli görüşdən GÖZLƏNTİLƏR: "Rusiya Qarabağ ərazisində gərginliyi artırır" - ŞƏRH

!Reklam – Yazi

“Sərhəddə baş verən atışmalar sülhməramlıların müvəqqəti nəzarət etdiyi əraziyə də keçərsə, Azərbaycan BMT tərəfindən tanınmış ərazimizdə antiterror əməliyyatı keçirə bilər”.

Bunu son günlər Qarabağ, Ermənist-Azərbaycan və Rusiya Azərbaycan arasındakı siyasi gərginliyin sahəyə yansıma ehtimalını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, proseslər belə davam etsə, sülhməramlıların yerləşdiyi ərazidə də atəşkəs pozula bilər:

“Paşinyan son çıxışında bildirdi ki, ilin yekununa qədər delimitasiya məsələsini yekunlaşdıraq və sülh müqaviləsi imzalansın. Putinin “Valday”dakı çıxışı şəxsən məni qane etmədi. Hiss olunur ki, Paşinyan başqa şey desə də, Rusiya sülh müqaviləsinin imzalanmasına razı deyil. Hətta keçmiş Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasını istəmir.

Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan artıq separatçı rejimin dövlət naiziri vəzifəsini icra etməyə başlayıb. Onun Rusiyanın göstərişi ilə orada olması heç kəsə sirr deyil. Yaxın günlərdə Arayik Arutyunyan Moskvada olub və görüşlər keçirib. Ayın sonunda Soçidə üçtərəfli görüş baş tutacaq. Nəticənin nə olacağı bilinmir, ancaq Soçi görüşündən ciddi nəticə gözləmək əbəsdir.

Rubenin Qarabağa göndərilməsi, qanunsuz erməni silahlı dəstələrinin çıxarılmaması Rusiyanın niyyətindən xəbər verir. Alternativ yoldan istifadə olunaraq Qarabağdan Ermənistana silah daşınır. Rusiya Qarabağ ərazisində gərginliyi artırır. Bunun nəticəsidir ki, sərhəddə atışmalar müşahidə olunur. Sərhəddə baş verən atışmalar sülhməramlıların müvəqqəti nəzarət etdiyi əraziyə də keçə bilər. Bu olduğu halda, Azərbaycan BMT tərəfindən tanınmış ərazimizdə antiterror əməliyyatı keçirə bilər və bunu etməlidir. Xalq gözləyir ki, Xankəndində, Xocalıda Azərbaycan bayraqları dalğalansın”.

Səxavət Məmməd

www.yenicag.az

823
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv