Soçi-Bakı-Soçi marşrutu üzrə aviareys noyabrın 3-dən etibarən fəaliyyətə başlayacaq.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, uçuşlar Rusiyanın “Ural Hava Yolları” şirkətinin “Airbus A-320” markalı təyyarələrilə həyata keçiriləcək. Biletlərin qiymətinin təxminən 210-220 manat (8 154 rubl )olacağı bildirilib.
Təyyarə Soçidən hər həftənin şənbə günü saat 18:30-da havaya qalxacaq və saat 21:20-də Bakıya çatacaq. Geriyə dönüş saatı isə 22:20-də baş tutacaq və təyyarə saat 23:15-də Soçiyə çatacaq.