Reklam: High Technic
hightechnic

Soçidən Bakıya aviareys açılacaq

Soçi-Bakı-Soçi marşrutu üzrə aviareys noyabrın 3-dən etibarən fəaliyyətə başlayacaq.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, uçuşlar Rusiyanın “Ural Hava Yolları” şirkətinin “Airbus A-320” markalı təyyarələrilə həyata keçiriləcək. Biletlərin qiymətinin təxminən 210-220 manat (8 154 rubl  )olacağı bildirilib.

Təyyarə Soçidən hər həftənin şənbə günü saat 18:30-da havaya qalxacaq və saat 21:20-də Bakıya çatacaq. Geriyə dönüş saatı isə 22:20-də baş tutacaq və təyyarə saat 23:15-də Soçiyə çatacaq.

www.yenicag.az

785