!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ŞOK HADİSƏ: 24 yaşlı futbolçu qaçırılıb, güllələndi

!Reklam – Yazi

24 yaşlı Cənubi Afrikalı futbolçu Luke Fleurs Florida ştatının Yohannesburqdan 16 kilometr qərbdə, Gauteng bölgəsində qaçırıldıqdan sonra güllələnib.

Yenicag.az xəbər verir ki, Cənubi Afrika polisinin sözçüsü Mavela Masondo “Sunday World” qəzetinə açıqlamasında polisin hadisə ilə bağlı məlumat topladığını və əlavə açıqlamalar verəcəklərini söyləyib.

Fleurs yanacaqdoldurma məntəqəsində gözləyən zaman naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Masondo hücum edənlərin Fleursu vurduqdan sonra avtomobildə qaçdıqlarını iddia edib. Fleursun klubu “Kaizer Chiefs” X sosial media platformasında futbolçunun faciəvi hadisə nəticəsində öldüyünü açıqlayıb, ailəsinə və dostlarına başsağlığı verib.

Fleurs keçən il Pretoriada yerləşən “SuperSport United”dən ayrıldıqdan sonra “Kaiser Chiefs” klubunda oynamğa başlayıb. Futbolçu sosial şəbəkədə yeni klubu ilə anlaşdığını qeyd etmək üçün foto paylaşaraq “Arzular gerçəkləşir” deyib.

Yenicag.az

www.yenicag.az

144
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv