Şok!!! İqbal Ağazadə deputat Elman Nəsirovu belə “əzdi” – VİDEO

“Azərbaycan mətbuatına Yeni Azərbaycan Partiyasını (YAP) ən pis təqdim edən deputatlardan biri siz olmusunuz”.

Yenicag.az xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə APA TV-də deputat Elman Nəsirovla qatıldığı debatda deyib.

İqbal Ağazadə opponentini Azərbaycan prezidentinin siyasətinə kölgə salan fiqur kimi dəyərləndirib:

“Bu gün dünya o qədər inkişaf edib ki, dünyanın hər yerində bunu eşidirlər. O görülən işləri bərbad edənlərdən biri sizlər idiniz. Siz heç ağzınızdan çıxdığını, qulağınız eşidr?

İyirmi faiz torpağımız işğal olunub, onlar bizim ərazimizdə özlərinə səngər qazıblar. Səngərdə ümumiyətlə, ayaq üstə gəzən olmur, səngərdə elə əyilə-əyilə gəzərlər. Yaşınız düşdüyü halda niyə müharibədə olmamısınız, niyə vətəni qorumağa getməmisiniz?”.