!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Solovyov Mariya Zaxarovanı təhqir edən politoloqu İŞDƏN QOVDU - VİDEO

!Reklam – Yazi

Mariya Zaxarovanı təhqir edən politoloq işdən azad edilib.

Yenicag.az xəbər verir ki, bu barədə rusiyalı təbliğatşı və 2Solovyov LİVE” verilişinin aparıcısı Vladimir Solovyov canlı yayımda məlumat verib.

O bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanı “alkaş əxlaqsız” adlandıran təbliğatçı Yevgeni Satanovskini işdən çıxarıb.

“Soloviev Live” rusiyalı təbliğat proqramının aparıcılarından biri Yevgeni Satanovski Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı sərt tənqid edib.

Buna səbəb onun Qəzza zolağında Fələstinin HƏMAS terror hərəkatının yaraqlılarına qarşı İsrail ordusunun hərbi əməliyyatı ilə bağlı açıqlamaları olub.

Satanovskinin özü etnik yəhudi olduğundan, İsraili açıq şəkildə tənqid etməyə imkan verən Zaxarovanın mövqeyi onu çox incidib.

Bununla əlaqədar olaraq o, izləyicilərinə onun alkoqolizmi ilə bağlı “sirrini” açmaqla Rusiya diplomatik xidmətinin spikerindən qisas almaq qərarına gəlib.

“İndi, prinsipcə, yəhudiləri sevməyən və İsrailə dözə bilməyən Maşa Zaxarova əslində bunu gizlətmir. Bizim Xarici İşlər Nazirliyinin spikeri çox içən əxlaqsızdır”, – Satanovski deyib.

Xuraman Etibarlı

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv