!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şoltsdan dünyaya XƏBƏRDARLIQ: “Əgər Putin bu müharibədə qalib gəlsə...”

!Reklam – Yazi

Almaniya kansleri Ukraynaya hərbi təcavüzü davam etdirən Rusiyanın bu savaşdan qalib çıxmasının bəşəriyyətə fəlakət gətirəcəyini deyib.

Yenicag.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolts bu barədə Hamburqda təşkil olunan tədbirdəki çıxışında danışıb.

O, Rusiyanın bu təcavüzünün Kremlin “soyuq müharibə”dən sonra Avropanın dinc düzəni ilə bağlarını qopardığını qeyd edib:

“Rusiyanın Ukraynaya hərbi təcavüzü dövrümüzün ən böyük fəlakətidir. Dünya bu tacavüzkar və dağıdıcı müharibədən sonra əvvəlki kimi olmayacaq.

Rasional nöqteyi-nəzərdən, milli iqtisadiyyatların sıx qarşılıqlı asılılığı hərbi toqquşmaları o qədər bahalı edib ki, tərəflərdən heç biri bu metoda əl atmaq barəsində düşünməməlidir.

Biz Ukraynaya bacardığımız bütün yardımları göstəririk və məsuliyyəti üzərimizə götürürük. Putin cinayətkar və təcavüzkar müharibədə qalib gəlməməlidir, gəlməyəcək də. Əgər Putin qalib gəlsə, bu, bəşəriyyətin fəlakəti olacaq”.

www.yenicag.az

383
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv