!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Son 25 ildə baş verən ən güclü ZƏLZƏLƏ: Binalar yerlə yeksan oldu, sunami xəbərdarlığı verildi - FOTOLAR

!Reklam – Yazi

Tayvanın şərq sahilindəki Hualien qraflığında 7,4 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Hualien şəhərindən 18 km cənubda olub.

Yeraltı təkanların mənbəyi 34,8 km dərinlikdə olub, yaşayış məntəqələrinə ziyan dəyib.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində 4 nəfər ölüb, 90-dan çox insan yaralanıb.

Tayvan Mərkəzi Meteorologiya İdarəsi (CWA) zəlzələnin maqnitudasının 7,2, episentrinin Hualien şəhərindən 25 km cənubda, mənbəyinin isə 15 km dərinlikdə yerləşdiyini bildirib.

CWA bunun Tayvanda son 25 ildə baş verən ən güclü zəlzələ olduğunu bildirib və adanın şimal bölgələrində sunami təhlükəsi barədə xəbərdarlıq edib.

Tayvan adasından əlavə, materik Çin və qonşu ölkələrdə də sunami xəbərdarlığı edilib.

Çin Sunami Xəbərdarlıq Mərkəzi qırmızı səviyyəli sunami xəbərdarlığı edib. Bu, dörd mərhələli xəbərdarlıq sisteminin ən yüksək səviyyəsidir.

ABŞ Geoloji Xidməti ilk zəlzələdən 20 dəqiqə sonra Hualien şəhərindən 11 km şimal-şərqdə 6,4 bal gücündə ikinci yeraltı təkanın mənbənin 12,6 km dərinlikdə olduğunu bildirib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, maqnitudası 4,7-5,7 arasında olan 16 afterşok da qeydə alınıb.

Tayvan Yanğınsöndürmə İdarəsi Hualien zəlzələsində 4 nəfərin öldüyünü bildirib. Hualien, Yilan, Taypei, New Taypei, Kilung və Taoyuan şəhərlərində azı 90 nəfər xəsarət alıb.

Tayvan mətbuatının məlumatına görə, Hualien şəhərində bir çox binaya ziyan dəyib və dağılıb.

Hualien şəhərinin şərq sahilində yerləşən Suhua Ekspres yolu çökmə səbəbindən nəqliyyat üçün bağlanıb, Taoyuan Beynəlxalq Hava Limanında tavanın bir hissəsi çöküb.

Hualien ətrafındakı və adanın daxilindəki bir çox yol sürüşmə və qayaların düşməsi səbəbindən nəqliyyat üçün bağlanıb.

Kibertəhlükəsizlik və internet nəzarətçisi “NetBlocks”a görə, zəlzələdən sonra Tayvanın bəzi bölgələrində elektrik enerjisi və internet kəsilib.

“Taiwan Electricity Co.” bildirib ki, yerli vaxtla səhər saat 10:30-a olan məlumata görə, fasilələr əsasən aradan qaldırılıb.

Dəmir yolu nəqliyyatının işində heç bir qəza və ya axsama baş vermədi, lakin Tayvan Yüksək Sürətli Qatar Korporasiyası yoxlama məqsədilə nəqliyyatın hərəkətinin müvəqqəti dayandırıldığını bildirib.

Tayvan lideri Tsai İnq-ven zəlzələnin vurduğu dağıntılardan narahat olduğunu bildirib və hərbçilərə Hualien və digər bölgələrdə xilasetmə işlərinə dəstək verməyə göstəriş verib.

Zəlzələdən sonra hökumət təcili yardım mərkəzi yaradıb və vətəndaşları sakit və ehtiyatlı davranmağa çağırıb.

Yaponiya Meteorologiya İdarəsi (JMA) həmçinin ölkənin cənub-qərbindəki Okinava və Miyakojima adaları üçün 3 metr hündürlüyünə çatan dalğalarla sunami xəbərdarlığı edib.

Yaponiyanın “Kyodo” xəbər agentliyi zəlzələdən sonra nəhəng dalğaların Okinava yaxınlığındakı Yonaquni və İşigaki adalarının sahillərinə çatdığını bildirib. Okinavanın Naha hava limanında uçuşlar ləğv edilib və insanlar təxliyə edilir.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayashi Yoşimasa zəlzələdən sonra dəymiş ziyanı qiymətləndirmək üçün Okinava bölgəsində işlərin davam etdiyini açıqlayıb.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) sunami təhlükəsi ilə əlaqədar sahilyanı ərazilərin boşaldılması barədə xəbərdarlıq edib.

21 sentyabr 1999-cu ildə Tayvanın Taypey şəhərindən 150 km cənubda baş verən 7,7 bal gücündə zəlzələ 2400-ə yaxın insanın ölümünə, 100 mindən çox insanın yaralanmasına və minlərlə binanın dağılmasına səbəb olub.

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv