!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Son aylar Azərbaycanda hepatitlə bağlı müraciət edənlərin sayı açıqlandı

!Reklam – Yazi

Azərbaycanda 2022-ci ilin aprel-iyul ayları ərzində hepatit virusları ilə əlaqədar müraciət edənlərin sayı 263 nəfər olub.

Yenicag.az xəbər verir ki, bu barədə B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədri Fərrux Sədirov bildirib.

28 iyul Ümumdünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar ölkədəki vəziyyət barədə açıqlama verən komissiya sədri bildirib ki, müraciət edənlərdən 144 nəfəri – hepatit B və C xəstəsi artıq müalicəyə cəlb olunub və ödənişsiz dərman preparatları ilə təmin edilib: “Müalicəsiz müşahidə qərarı verilən xəstələrin sayı 46 nəfərdir. 12 nəfər isə bu xəstəlikdən sağalıb. Hazırda ölkəmizdə müayinəsi tamamlanmayan xəstə sayı 61-dir və həmin xəstələrdən analizlər götürülüb, nəticələr bəlli olmadığına görə hələlik rəy verilməyib”.

Qeyd edək ki, hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə mühüm tədbirlər görülür.

www.yenicag.az

384
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv