!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Son dəfə danışanda dedi ki, ya şəhid olacam, ya da...” – Şəhid anası / VİDEO

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında Yenicag.az-ın “Zəfər yolu” layihəsinin növbəti buraxılışı Əsgər Orucov Ürfan Firdovsi oğluna həsr olunub.

Çəkiliş şəhidin doğulduğu Şabran şəhərində baş tutub.

Anası Şəfiqə və atası Firdovsi Orucovlar şəhid oğullarının həyat hekayəsini danışıblar.

Əsgər Orucov Ürfan Firdovsi oğlu 1996-cı il oktyabrın 9-da Şabran şəhərində anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb.

Ürfan Orucov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ürfan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ürfan Orucov oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. Prezidentin sərəncamı ilə Ürfan Orucov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Daha ətraflı videonu təqdim edirik:

Cəvahir
Cavid

www.yenicag.az

1066
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv