Tovuz rayonunda tanımış vəkil güllələnib.
Yenicag.az xəbər verir ki, güllələnməsinin bəzi detalları məlum olub.
Vəkil Firudin Ələkbərlini rayonda “Göl Əli” kimi tanınan şəxsin vurduğu bildirilir.
İlkin məlumatlara görə, vəkil otağına keçib və təxminən 15 dəqiqə sonra adıçəkilən şəxs içəri girərək vəkili güllələyib və ərazidən uzaqlaşıb.
F.Ələkbərli xəstəxanaya çatdırılıb. Hadisə yerinə Tovuz rayon rayon Polis İdarəsinin və Prokurorluq orqanlarının rəsmiləri cəlb olunub.
***
Tovuz rayonunda güllələnən keçmiş vəkil dünyasını dəyişib.
Bu barədə Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, bu gün səhər saatlarında güllələnən Firudin Ələkbərli xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
Cinayətdə günahlandırılan “Göl Əli” ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlunun restoran və hotellər şəbəkəsinin sahibi olduğu bildirilir.
Təqsirləndirilən şəxs hadisədən sonra polisə təslim olub.
***
İlkin araşdırma zamanı məlum olub ki, şəxslər arasında münaqişə hüquqşünasın iş adamının obyektlərinin tikintisi zamanı yol verdiyi qanun pozuntuları barədə dövlət qurumlarına şikayət etdiyi üçün başlayıb.
Belə ki, hüquqşünas iş adamına məxsus hotelin Tovuzun magistral su kəmərinin yaxınlığında tikildiyini müəyyənləşdirib və ondan şantaj yolu ilə pul tələb edib.
Bir neçə dəfə hüquqşünasın istəyini yerinə yetirən iş adamı sonuncu görüşdə üzərində gətirdiyi “Makarov” tipli tapançadan F.Ələkbərliyə üç dəfə atəş açıb.
xəsarətlərlə xəstəxanaya çatdırılan hüquqşünas orada ölüb.
Məlum olub ki, öldürülən hüquqşünas 90-cı illərin əvvəllərində Tovuz Rayon Məhkəməsinin sədri olub./Oxu.az/
O