!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SON DƏQİQƏ! Bakı-Quba yolunda ağır qəza: Ölənlərin sayı artdı - ADLAR / FOTO - YENİLƏNDİ

!Reklam – Yazi

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin kimliyi məlum olub.

Hadisə nəticəsində 1993-cü il təvəllüdlü Xəlilova Çinarə Cavanşir qızı, 1997-ci ildə anadan olmuş Hümbətov İftixar Çingiz oğlu, 1996-cı il təvəllüdlü Abbasova Səbinə Əliyar qızı, 1992-ci il təvəllüdlü Rəsulova Səbinə Akif qızı, 1999-cu ildə anadan olmuş İmanov Kənan Vazi oğlu, 1984-cü il təvəllüdlü Abdullayev Vüqar Məhəmməd oğlu və 1978-ci il təvəllüdlü Mustafayeva Xanım Nemət qızı müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Bakı şəhər sakini İsmayılova Aygün Eldar qızı, Sumqayıt şəhər sakini Vəliyeva Aygün Vidadi qızı və “Opel Astra” markalı avtomobilin sürücüsü, Siyəzən şəhər sakini Hümbətova Qənimət Əlisahib qızı dünyasını dəyişib.

Qəza nəticəsində ölən və yaralanan şəxslər, Bakı və Sumqayıt səhərindən Siyəzən kəndlərində dərs demək üçün gələn müəllimlər olduqları bildirilir.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.  İftixar Çingiz oğlu Hümbətovun və Səbinə Akif qızı Rəsulovanın vəziyyətləri ağır olduğuna görə onlar paytaxta xəstəxanaya göndəriliblər.  Digər 5 yaralının müalicəsi Siyəzən Regional Diaqnostika Mərkəzində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır./Report/

***

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən mlumata görə, hadisə yolun Siyəzən rayonu ərazisində olub.

“Mersedes Vita” markalı 77-CY-723 dövlət nömrə nişanlı avtomobil Quba istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan “Opel” markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mersedes”də olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

TƏBİB-dən Yenicag.az-a verilən məlumatda bildirilib ki, hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir.

www.yenicag.az

1183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv