!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələ nəticəsində dağıntı olub? - RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ

!Reklam – Yazi

Zəlzələ ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdən hər hansı dağıntı və təlafatla barədə Daxili İşlər Nazirliyinə məlumat daxil olmayıb.

Bu barədə Yenicag.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

***

09:03

Fövqəladə Hallar Nazirliyi Azərbaycanda qeydə alınan zəlzələ barədə açıqlama yayıb.

Nazirlikdən Yenicag.az-a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb.

“Zəlzələ Bakı şəhəri və ətraf ərazilərdə hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə FHN-ə məlumat daxil olmayıb”, – açıqlamada deyilir.


***
Azərbaycanda 5,6 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, zəlzələ paytaxt Bakı ilə yanaşı, bir sıra bölgələrdə də hiss edilib.Z

İlkin məlumata əsasən, zəlzələ Xəzər dənizinin Azərbaycan sahillərində qeydə alınıb

Zəlzələ ilə bağlı rəsmi açıqlama yoxdur.

***8:22

www.yenicag.az

1075
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv