!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SON DƏQİQƏ: Bu məntəqələrin nəticələri ləğv edildi

!Reklam – Yazi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd Rəfullayeva Samirənin müraciətinə baxılıb.

Yenicag.az xəbər verir ki, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində pozuntu hallarının baş verməsi qeyd olunub.

MSK üzvü İlham Məmmədovun sözlərinə əsasən, müraciət araşdırılıb və həmin seçki məntəqələri üzrə Seçki Məcəlləsinin tələblərinə zidd hərəkətlərə yol verilib.

İ.Məmmədov həmin dairənin 12, 14, 16, 18 saylı məntəqələri üzrə səsvermənin nəticəsinin etibarsız sayılmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, 4 məntəqənin nəticələrinin ləğv edilməsi lider namizədin dəyişməsinə səbəb olmayıb.

www.yenicag.az

1282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv