Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Neftçi İdman Klubu”nun bazasında YANĞIN - Xəsarət alan var / VİDEO - YENİLƏNDİ

10:20

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki stadion yanır.

Yenicag.az xəbər verir ki, hazırda stadionda yanğın davam edir.

Hadisə yerində olan müxbirimizin verdiyi məlumata görə, əraziyə yanğınsöndürənlər və Təcili Tibbi yardım əməkdaşları gəlməyib.

***

10:25

Hadisə nəticəsində xəsarət alan olub.

Yanğın baş verən ərazidə olan uşaqlar ətrafdakı insanların köməti ilə çıxardılıb. Stadionun işçisi olduğu bildirilən kişinin başına yanan taxta düşməsi nəticəsində ağır xəsarət alıb.

***

10:30

Əməkdaşımızın verdiyi məlumata əsasən, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən texnikası və yanğınsöndürənləri cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində ikimərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Yenicag.az nazirliyə istinadən xəbər verir ki, məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Həyata keçirilən operativ tədbirlər nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində “Neftçi İdman Klubu” İctimai Birliyinin Qaradağ Təlim-İdman Bazasının ərazisində ümumi sahəsi 690 kv.m olan (hər mərtəbəsi 345 kv.m) ikimərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən idman zalının yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

www.yenicag.az

539
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100