!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SON DƏQİQƏ: Qarabağın erməni sakini Azərbaycan hərbçilərindən kömək istədi - VİDEO

!Reklam – Yazi

Bir neçə gün əvvəl bir nəfər mülki erməni Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib. Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb.

Yenicag.az xəbər verir ki, bu gün Şuşada – Xankəndi-Laçın yolundakı aksiya yerindən həmin mülki erməni Xankəndiyə yola salınıb.

 

Bu fakt bir daha Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirib. Digər tərəfdən, erməni sakinin kömək üçün müraciəti Qarabağda Ruben Vardanyanın girovuna çevrilmiş 25-30 min erməni əhalinin hansı vəziyyətdə saxlanılmasının, onların xoşbəxt həyatının, təhlükəsizliyinin ancaq və ancaq Azərbaycan dövlətindən asılı olmasının əyani təzahürüdür.

Xezerxeber.az mövzu ilə bağlı videogörüntüləri təqdim edir:

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv