!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Son dövrlərin texno-bəlası, linklər və bank kartları: Çıxış yolu nədir? - RƏY

!Reklam – Yazi

Sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən banklar adından saxta reklamlar paylaşılır. Ümumiyyətlə, son vaxtlar belə hallar çox baş verir. Vətəndaşlar bilmədiyi linklərə daxil olur və nəticədə kart hesabları oğurlanır.

Bu halların qarşısını necə almaq olar? Əhali nələrə əməl etməlidir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən İKT eksperti Fərhad Mirəliyev bildirib ki, “sosial mühəndislik” adlanan hücum növü çox geniş yayılıb:

“Bu üsul psixoloji təsir yolu ilə qarşı tərəfdə qorxu yaradır. Məsələn, zəng gəlir ki, sizin kartınızda problem var. Və yaxud da deyirlər ki, siz kampaniyada qalib olmusunuz, uduş qazanmaq üçün kart məlumatlarınızı verin. Nəticədə qarşı tərəfdə inam yaranır.

Bunun qarşısını almaq üçün vətəndaşlarda İKT və maliyyə savadı artırılmalıdır. Vətəndaş bilməlidir ki, kart məlumatlarını kimə vermək olar, kimə olmaz. Tez-tez qarşıma müxtəlif reklamlar çıxır. “Socar” şirkətinin adı ilə elanlar paylaşılır. Guya orada kampaniya var və müəyyən qədər uduş nəzərdə tutulub. Aydın məsələdir ki, “Socar” adı gələndə hamı güvənib inanır. Dələduzlar da öz məqsədinə çatır.

Bunların hamısı psixoloji təsirlə bağlıdır. İnsanlarda maraq oyatmağa çalışırlar. Bəlkə də vətəndaş hiss edir ki, həmin mesajlar şübhəlidir. Amma maraq qalib gəlir. Həmçinin bir ara “Azərpoçt”la bağlı məsələ var idi. Satışa nəsə qoyan kimi dərhal xarici nömrələrdən mesaj gəlirdi. Hətta saxta “Azərpoçt” hesabı açılmışdı və dələduz şəxs deyirdi ki, mən məbləği onlayn ödədim. Satıcı da linkə girib kartını yazan kimi pul itirirdi.

Onu da qeyd edim ki, son günlərdə “Azdrama” ilə bağlı məsələ geniş yayılıb. Tanışlıq saytlarının birində xanım adından hesab açan bir bəy öz həmcinslərinə dostluq göndərib. Bu tanışlığın virtual mühitdən real mühitə keçirilməsi üçün teatr görüş yeri olaraq seçilib. Həmin teatrın saytı da qarşı tərəfə yönləndirilib ki, sən bilet al, gedək teatra. Qarşı tərəfdə aldanıb və sayta keçid edib. Lakin aydın olub ki, sayt saxtadır. Və nəticədə bilet adı ilə xərclənilən pul kiber dələduzun öz hesabına keçib. Belə hallar yaşanır. Qarşısını almağın tək yolu vətəndaşları maarifləndirməkdir”.

Şahanə Paşa 

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv