!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Son nəfəsinə qədər ölmək istəmədi, anasının şəkli ilə danışdı – Habil Kamanın ANIM GÜNÜDÜR

!Reklam – Yazi

Ağır xəstə yatağında belə yaşamaq həvəsi onu tərk etmirdi. Həyat dolu idi. Onu yaşadan insanların sonsuz sevgisi və balalarından ayırmadığı sevimli kamançası idi. O kamança ki, ona dünya şöhrəti qazandırmışdı. O kamança ki, onu sıradan olan insanlardan fərqləndirib, şöhrətin zirvəsinə yüksəltmişdi. Habil Kaman zirvəsinə…

Bu gün cismən həyatdan köçdüyü, ruhən isə sevənlərinin qəlbində əbədiyyətə qovuşduğu gündür. Hər çalğısında insan ruhunu yerindən oynadıb, göylərə uçuran, təşnə könülləri riqqətə gətirən, duyğuları dilləndirib sonsuzluğa aparan Habil Kaman.

Nə xoş bizlərə ki, elə bir ölməz sənətkarın müasiri olmaq səadəti nəsibimiz oldu. Nə xoş mənə ki, belə bir sənətkarla dəfələrlə müsahibə etmək şərəfinə nail oldum.

Sevgi dolu bir insan idi. Yaşamaq həvəsi ilə alışıb yanırdı. Hətta son nəfəsinə qədər…Ömür-gün yoldaşı Şərqiyyə xanım söyləyir ki, son beş gündə komada qaldı. Amma ona qədər hər gün danışır, “yaşamaq istəyirəm, həyat çox şirindir”, deyib.

Həmişə anasından danışanda kövrəlirdi, göz yaşına hakim ola bilmirdi. Ona həyat verən, bu dünyaya gətirən qadının şəklini də masasının üstündə saxlayırdı. Hər gün anası ilə salamlaşır, dərdləşir, hal-əhval tuturdu. Bununla da həyata, yaşamağa tutunurdu Habil Əliyev.

Sənəti kimi şəxsiyyəti də bütöv idi. Sözü üzə deməyi bacarırdı. Musiqinin son illər düşdüyü ağır vəziyyətdən, korlanan zövqlərdən danışıb, hər zaman həyəcan siqnalı çalırdı.

Baməzə insan idi. Güclü yumor hissinə malik olması ona olan sevgini birə-beş artırırdı. Bu gün də Habil Kamanın baməzə fikirləri lətifəyə çevrilərək xalqın dilində əzbərə çevrilib. Söz düşmüşkən, birini mən də yada salım.

Musiqiçilər Filarmoniyanın bağında yığışıblarmış. Bir məşhur sənətçi gəlib deyir ki, həkimə getmişdim, deyirlər, bədənində duzlaşma var, müalicə olunmalısan. Habil müəlilm də qayıdır ki, o həkim yalan deiyl, səndə duzdan əsər-əlamət yoxdur… Yəni duzsuz adamsan.

Bu gün yerin çox görünür Habil Kaman. Çox sevdiyin, qolun-qanadın saydığın kamanın da sənsiz yaman darıxır. Bir himə bənddir… Dillənsə, yeri-göyü ağladar. Amma adın hər zaman yaşayır, yaşayacaq. Nə qədər ki, Azərbaycan musiqisi var, Habil Kaman da yaşayır demək.

Cəvahir

www.yenicag.az

1548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv