!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Son sutkada peyvənd olunanların SAYI

!Reklam – Yazi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 591 vaksin vurulub.

Bu barədə Yenicag.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 1 152, ikinci doza vaksinlərin sayı 1 847 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 18 460-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1 132 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 286 364, birinci doza peyvəndlərin ümumi sayı 5 315 399, ikinci doza vaksinlərin sayı 4 805 594 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 2 945 147, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 220 224 olub.

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv