!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Son təxribat kimin sifarişidir?: Azərbaycanın atacağı növbəti ADDIM - Hərbi ekspertin ŞƏRHİ

!Reklam – Yazi

“Siyasi dialoqlar masada həll olunmadığı təqdirdə silahlar danışır. Hazırkı baş verən proseslər bunun nəticəsidir”.

Bunu Ermənistanın ötən gün təxribata əl atması fonunda gələcək proseslərdən danışan hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, rus sülhməramlıları ermənilərin fiziki təhlükəsizliyini təmin edir.

“Ermənilər də bölgədə necə istəyirlərsə, elə davranırlar: yeni mövqelərin qurulması, minaların basıdırılması, atəşkəsin pozulması və daha ağlımıza gələn, yaxud gəlməyən nələr-nələr. Düşünürlər ki, Azərbaycan hər hansı addım atmaq istəsə, rus sülhməramlıları bufer zona olaraq onları müdafiə edəcək.

Azərbaycan hər zaman Ermənistana sülh təklif edib. Siyasi dialoqlar daxili icmalar və Ermənistan səviyyəsində dalana dirənib. Kriz pik həddə çatıb. Siyasi dialoqlar masada həll olunmadıqda silahlar danışır. Hazırkı baş verən proseslər bunun nəticəsidir.

Azərbaycanın sülh təklfinə qarşılıq verməyən Ermənistana qarşı bir variant qalır – anti-terror əməliyyatının keçirilməsi. Qarabağda qanunsuz silahlı birləşmələr ya məhv edilməli, ya da silahsızlaşdırılıb bölgədən çıxarılmalıdır.

Ermənistan hazırda zamanı uzatmaq istəyir. Proseslərin uzanması isə rus sülhməramlılarına sərf edir. Çünki bölgədə konflikt yekunlaşmayana qədər sülhməramlılar nəzarət etməlidir. Sülhməramlılar “Biz olmasaq, bölgədə sülh olmayacaq” mənzərəsi yaratmaq istəyirlər. Sözsüz ki, sülhməramlıların sərgilədiyi fəaliyyət Rusiya siyasi rəhbərliyinin mövqeyidir. Rusiya “parçala, idarə et” metodundan istifadə edir. Ermənilər isə Rusiyanın bu planını gerçəkləşdirməsi üçün alət olur.

2023-cü ildə Azərbaycanın siyasi istəklərinin yerinə yetirilməsi üçün anti-terror əməliyyatlarının zəruri olduğunu hesab edirəm. Qarabağda əlisilahlı qanunsuz hərbi birləşmələr və ermənipərəst rus sülhməramlıları olduğu müddətdə Azərbaycanın sülh istəyi yönündə proseslər çətin həyata keçsin. Ermənilər yalnız bir dildən anlaya bilər, o da hərbi güc. “Vətən” müharibəsindən sonrakı məğlubiyyəti təkrar yaşamaq istəyirlər.

İndi isə ermənilərin iki seçimi var, ya inteqrasiya, ya da anti-terror əməliyyatı”.

Nəsimi Ələsgərli

www.yenicag.az

15759
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv