!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Son təxribatlar və SƏBƏBLƏRİ: "Yaxın zamanda bu, baş verməsə, müharibə olacaq"

!Reklam – Yazi

“Ermənistanın arxasında duran qüvvələr var və o güclər çalışır ki, eskalasiya daim olsun. Bəzi qüvvələr böyük müharibə istəmir”.

Bu fikri regionda baş verən gərginliyin səbəbləri və gözlənilən nəticəni dəyərləndirən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Tural Əliyev bildirib ki, yaxın zamanda görüşlər baş tutmasa, müharibə olacaq:

“Regiondakı vəziyyəti təhlil etsək, hazırda maraqların toqquşması, Qərb-Rusiya qarşıdurması, regional dövlətlər – İran və Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqları bütövlükdə iki istiqamətdə vəziyyəti gərgin saxlayır.

Birincisi, Qarabağ daxilində qanunsuz erməni yaraqlılarının və Azərbaycan-Ermənistan şərti sərhədində Ermənistanın Azərbaycan Ordusuna qarşı təxribatları. Bu artan xətlə davam edir. Davam edən gərginlik bir mərhələdə ya geniş miqyaslı müharibəyə gətirib çıxarır, çünki günü-gündən eskalasiya artır. Ya da ki, Azərbaycanın Ermənistan qarşısındakı tələbləri yerinə yetirilir. Üçüncü variant yoxdur.

Rusiya Üçtərəfli bəyanatın imzalanmasında iştirak edən dövlətdir və onun da üzərinə götürdüyü öhdəliklər var. Rusiya çalışmalıdır ki, 10 noyabr bəyanatının tələbləri yerinə yetirilsin, erməni silahlıları oradan çıxarılsın. Onlar orda qaldığı müddətdə sülhə təhdid var.

İkincisi isə Ermənistanın aldığı silahlardır. Hindistandan aldığı silahlar artıq Ermənistana gəlib. Əgər Ermənistan sülhə gəlmək yerinə silah alırsa, bu o deməkdir ki, təxribatalara, müharibəyə hazırlığın içərisindədir.

Regionda vəziyyət çox kövrəkdir. Ermənistanın arxasında duran qüvvələr var və o güclər çalışır ki, eskalasiya daim olsun. Bəzi qüvvələr böyük müharibə istəmir. Çünki sərhəddəki böyük müharibə regional müharibəyə çevrilə bilər. İranın narahatlığı, Türkiyənin son bəyanatları buna görədir.

Rusiya ilə Ermənistan arasında diplomatik qalmaqal yaşanır. Ermənistanda ABŞ ilə birgə təlimlər keçirilir. Bütün bunlar regionda sabit olmayan vəziyyəti daha da ağırlaşdırır. Əgər yaxın zamanlarda görüşlər baş tutmasa, müharibə qaçınılmazdır”.

Səxavət Məmməd

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv