!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Son təxribatların arxasındakı məkrli PLAN: "Ermənistan-Azərbaycan arasında gərginlik Rusiya üçün arzuolunan ssenaridir"

!Reklam – Yazi

“Ermənistan bu addımla sülh prosesinə mane olmağa çalışır. Çünki sülh olması üçün tələb olunan şərtlər Ermənistanın maraqlarına uyğun deyil”.

Bunu son zamanlar Ermənistan tərəfindən  təxribatların intensivləşməsi və bu planın arxasında Rusiyanın Ermənistanı beynəlxalq ictimaiyyətdə nüfuzdan salmaq üçün atdığı addım olma ehtimalını şərh edən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, indiki zamanda Ermənistanla Azərbaycan arasında gərginlik Rusiya üçün arzuolunan ssenaridir:

“Ermənistan-Azərbaycan arasında gərginlikdə tənzimləyici mexanizm kimi baş rolda olmaq Kremlin əsas planlarından biridir. Ancaq bayrağımızın yandırılması məsələsi birbaşa Ermənistanla bağlı idi. Çünki təşkilatçılıq məhz Ermənistana aiddir. Bayrağı yandıran şəxsin Ermənistanda tanınmış olması hadisənin arxasında məhz Paşinyan administrasiyanın olduğunu deməyə əsas verir.

Ermənistan bu addımla sülh prosesinə mane olmağa çalışıb. Çünki sülh olması üçün tələb olunan şərtlər Ermənistanın maraqlarına uyğun deyil. Qərbin regiona gəlməsi üçün əlindən gələni edən Ermənistan prosesləri daha da qəlizləşdirməklə istəyinə nail olmağa çalışır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv