!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sona yaxınlaşan maliyyə ilinin BÜDCƏ KƏSİRİ: “Özəlləşdirmədən əldə olunan gəlirlər və digər...”

!Reklam – Yazi

“Mövcud büdcə kəsiri planlaşdırılan həddi aşmadığı üçün burada hansısa riskli durumdan söhbət gedə bilməz”.

Bu fikirləri 2023-cü il dövlət büdcəsinin icrası zamanı yaranmış kəsirin riskli durum yaratmadığını vurğulayan iqtisadçı Elşən Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, büdcə kəsiri özəlləşdirmədən əldə olunan gəlirlər, daxili və xarici borclanma, o cümlədən, digər mənbələr hesabına bağlanır.

“Azərbaycanın dövlət büdcəsində hər il üçün müəyyən məbləğdə kəsir nəzərdə tutulur. 2023-cü ilin dövlət büdcəsində də büdcə kəsirinin yuxarı həddi təqribən 2,7 milyard manat məbləğində müəyyən edilib.

Büdcə kəsiri özəlləşdirmədən əldə olunan gəlirlər, daxili və xarici borclanma, o cümlədən, digər mənbələr hesabına bağlanır. Göründüyü kimi, mövcud büdcə kəsiri planlaşdırılan həddi aşmadığı üçün burada hansısa riskli durumdan söhbət gedə bilməz”.

Yusif Səmədzadə

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv