!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sonrakı PEŞMANÇILIQ: Ucuz bilib satdığı əşyanı hərracda "od qiyməti"nə aldılar - FOTO

!Reklam – Yazi

Hərracda 150 avroya alınan qədim Afrika maskası 4,2 milyon avroya satılıb.

Yenicag.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Bildirilir ki, fransalı yaşlı cütlük cəmi 150 avroya satdıqları 4,2 milyon avro dəyərində olan nadir Afrika maskasını satdıqları üçün peşman olub.

Onlar satışı ləğv etmək istəyiblər. Lakin onların bu təklifi rədd edilib, çünki məhkəmə iddialarının əsassız olduğunu bildirib.

Hər ikisi səksən yaşlarında olan cütlük taxta maskanı 2021-ci ilin sentyabrında Fransanın cənubundakı evlərində saxlanılan və ondan qurtulmaq istədikləri bir sıra əntiq əşyalar, o cümlədən Afrika artefaktları arasında satıblar.

Bu əşyalar onların Afrikada qubernator olan əcdadlarına məxsus idi və çox da qiymətli sayılmırdı.

Maska 150 avroya alınıb və 2022-ci ilin martında ölkənin cənubundakı Montpelye şəhərində keçirilən hərracda naməlum alıcıya 4,2 milyon avroya satılıb.

Hərracçılar onu “XIX əsrin son dərəcə nadir maskası, Qabondakı Fang xalqının gizli cəmiyyətinin mülkiyyəti” kimi təsvir ediblər. Bu, Bantu etnik qrupuna aiddir, burada yalnız 10-a yaxın oxşar obyekt salamat qalıb.

Cütlük ilkin satışın ləğvi üçün dərhal məhkəməyə müraciət edib. Onlar həmçinin maskanın alıcısının alarkən onun “əsl dəyərini bildiyini” bildiriblər.

Ancaq məhkəmə bu iddianı rədd edərək, cütlüyün maskanı satmadan əvvəl qiymətləndirməyə cəhd etmədiyini söyləyib.

Onların iddiası “bağışlanılmaz səhlənkarlıq və qeyri-ciddilik” ilə səciyyələndirilib, məhkəmə onlara heç bir borc olmadığına qərar verib.

Xuraman Etibarlı

www.yenicag.az

325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv