!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sorğulara cavab verməyən vəkil və vəkil büroları - SİYAHI

!Reklam – Yazi

Azərbaycanda bəzi vəkil büroları Vəkillər Kollegiyasının Rəyasət Heyətinin müvafiq qərarı ilə bu ilin fevralında yaradılan monitorinq qrupuna illik gəliri 10 min manatdan çox olan vəkillərin fəaliyyəti ilə bağlı sorğusuna cavab verməyib.

Yenicag.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı monitorinqin nəticələrinə dair ümumrespublika müşavirəsində bildirilib.

Qeyd olunub ki, həmin sorğuya növbətçilik cədvəlləri, dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı cinayət təqibini həyata keçirən orqanın və ya məhkəmə qərarlarının surəti, vəkil hesabatları və orderləri və s daxildir: “Tələb olunan sənədlər üçün hər büroya 5 gün də müddət verilmişdi. Ancaq sorğular vaxtında və lazımınca icra olunmayıb. Heç bir büro bu müddətə əməl etməyib.

Ən gec cavabı verən büro isə Hacıqabulda fərdi qaydada fəaliyyət göstərən vəkil Füzuli Eyvazovdur. O, məlumatları ötən ayın 20-də təqdim edib. Bakı şəhəri üzrə sorğuya 8 və 10 saylı vəkil büroları cavab verməyib. Regionlar üzrə 26 vəkil bürosuna sorğular göndərilib. Sorğuya cəmi 6 region cavab verib”.

Regionlar üzrə sorğuya cavab verməyən vəkil büroları aşağıdakılardır:

Astara rayon Vəkil Bürosu

Cəlilabad rayon Vəkil Bürosu

Gəncə 1 saylı Vəkil Bürosu

Lənkəran rayon Vəkil Bürosu

Mingəçevir şəhər Vəkil Bürosu

Salyan rayon Vəkil Bürosu

Şəmkir rayon Vəkil Bürosu

Şirvan rayon regional Vəkil Bürosu

Tərtər rayon Vəkil Bürosu

Xaçmaz rayon Vəkil Bürosu

Xırdalan şəhər Vəkil Bürosu

Yevlax rayon Vəkil Bürosu

Sorğuya cavab verməyən fərdi vəkillər isə bunlardır:

Abdullayev Etibar Vaqif oğlu

Ağayev Nəsrulla Qiyas oğlu

Abbasov Nəvahi Novruz oğlu

Əliyev Mahir Müşafiq oğlu

Nəbizadə Arif Murad oğlu

Hümbətov Elxan Əlihümbət oğlu

Nəzərov Yəhya Qürbət oğlu

Sənanzadə Xəyal Natiq oğlu

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv