!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sosial, fiziki və intellektual cəhətdən aktiv insanlarda bu hal yaşanmır" - ARAŞDIRMA

!Reklam – Yazi

“Ömür boyu yeni şeylər öyrənməyə davam etmək beyni qorumağa kömək edə bilər”.

Yenicag.az xəbər verir ki, “Neurology” jurnalında dərc edilən araşdırmada idrak qabiliyyətinin azalmasına təsir edən müxtəlif amillər araşdırılıb.
Araşdırma İngiltərədə 1184 iştirakçı ilə aparılıb.

Tədqiqatçılar iştirakçıların 8 yaşında zehni qabiliyyətlərini, 26 yaşında təhsil səviyyəsini, 43 yaşında iştirak etdikləri fəaliyyətləri və 53 yaşa qədər işlədikləri peşələri araşdırıblar. İştirakçıların oxu bacarıqları 53 yaşında, koqnitiv qabiliyyətləri isə 69 yaşında yoxlanılıb.

Ümumilikdə iştirakçılar verdikləri imtahandan orta hesabla 100 baldan 92 bal toplayıblar. Təhsilini müvəffəqiyyətlə başa vuran insanların formal təhsilə getməyənlərə nisbətən daha çox uğur qazandığı müşahidə edilib.

Akademiklər müəyyən ediblər ki, ömür boyu öyrənməyə davam etmək beyni qorumağa kömək edə bilər. Boş vaxtlarında altı və ya daha çox ictimai fəaliyyətlə məşğul olan iştirakçılar dörd fəaliyyətlə məşğul olanlardan daha yaxşı nəticə göstəriblər.

Tədqiqatın müəlliflərindən olan İngiltərədəki Brighton və Sussex Tibb Məktəbindən Dr. Dorina Kadar bildirib ki, əldə olunan nəticələr həyəcanvericidir:

“Çünki nəticələr idrak qabiliyyətinin həyatımız boyu müxtəlif faktorlara tabe olduğunu göstərir. Sosial, fiziki və intellektual cəhətdən aktiv həyat tərzinə sahib olmaq demensiyanın və idrakın azalmasının qarşısını almağa kömək edir”.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 55 milyon demensiya xəstəsi var. Bu rəqəmin 2030-cu ildə 78 milyona, 2050-ci ildə isə 139 milyona yüksələcəyi gözlənilir.

Nəsimi Ələsgərli

www.yenicag.az

288
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv