!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial mediadan istifadə yeniyetmələrə necə təsir edir? - ARAŞDIRMA

!Reklam – Yazi

Uşaqlar daha çox narahatlıq və daha az özünə inamla böyüyürlər.

Yenicag.az ekspertlərin yeniyetmələrin sosial şəbəkələrdən istifadə ilə bağlı araşdırmasını oxuculara təqdim edir.

Yeniyetmələr bədən dili və üz ifadələri kimi instinktlərini itirirlər. Bu isə anlaşılmazlıqlara və incik hisslərə səbəb ola bilər.
İnternetdə hər kəsin mükəmməl göründüyünü görən uşaqlar özləri haqqında pis düşüncələrə qapılırlar. Bu səbəbdən tez-tez özlərinin mükəmməl düşdüyü şəkilləri paylaşaraq kompensasiya etməyə çalışırlar.

Sosial media uşaqlarda danışmaq, aydın ünsiyyət üçün maneə yaradır. Lakin bu, problemlərin hələ hamısı deyil. Ən əsas problemlərdən biri uşaqların dost qazanma hissiyatının azalmasıdır. Dostluq onlayn və mətnlər vasitəsilə aparıldıqda, uşaqlar ünsiyyətin aspektlərinin bir çoxundan məhrum edilmiş olur. Mesaj yazarkən ehtiyatlı olmaq asandır, buna görə də təhlükə daha azdır. Sözlərinizin digər insana təsirini eşitmirsiniz və ya görmürsünüz. Əgər uşaqlar insanlarla bağlı kifayət qədər təcrübə əldə etməsələr, böyüdükləri zaman əsas ünsiyyət vasitəsi olan danışıqdan narahat olacaqlar.

Nəsimi Ələsgərli

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv