Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sosial məsafə qaydasını pozan prezident cəzalandırıldı

Ötən həftə kafedə maskasız görüntülənən Ukrayna prezidenti Zelensky sosial məsafə qaydalarını pozduğuna görə cəzalandırıldı.

Yenicag.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelensky ölkənin koronavirus qaydalarını pozduğuna görə min 100 avro cərimə edilib. Keçən həftə Hmelnitski şəhərindəki bir kafedə sosial məsafə qaydalarını pozaraq komandası ilə bir masada əyləşən 42 yaşlı prezidentinə reaksiya verilib. Fotoda Zelensky və onu müşayiət edən şəxslərin maska ​​taxmadığı görülür.

Keçən həftə Ukraynada hələ də qüvvədə olan karantin tədbirləri çərçivəsində, kafe və restoranlarda bir stolda ən çox dörd nəfər otura bilər, yalnız xarici terraslarından istifadə edə bilər. Kafenin sahibi tərəfindən dəvət olunduğunu deyən Prezident cəriməni ödəyəcəyini açıqladı.

Ukrayna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Zelenskyni Rəyasət Heyətinin rəhbəri Andrey Yermak və vitse-prezident Sergey Trofimova, səhiyyə nazirinin müavini və Ukrayna baş həkimi Viktor Lyaşko və Hmelnitski qubernatoru Dmitri Gabineti müşayiət edib.

Zelensky eyni zamanda, keçən il prezident seçkiləri zamanı jurnalistlərə seçki bülletenini göstərərək qaydaları pozduğuna görə cəzalandırılıb.

www.yenicag.az

1197
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100