Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sosial Rifah Partiyasından bəyanat: "Azərbaycanın yolu haqq yoludur!"

Azərbaycan Sosial Rifah Partiyası İkinci Qarabağ Müharibəsində qazandığı Zəfər Günü münasibəti ilə bağlı Bəyanat yayıb.

Yenicag.az-ın məlumatına görə, Bəyanatda bildirilir:

“30 il idi ki, Azərbaycan torpaqlarının 20 faizindən çoxu Ermənistan tərəfindən işğal olunmuşdu. Bu gün artıq Azərbaycan öz torpaqlarını erməni işğalından azad etməyə müvəffəq olmuş, hətta Zəfər tarixinin ilk il dönümünü qeyd edirik. Qazandığımız Qələbədən düz bir il keçsə də, qısa zaman kəsiyində işğaldan azad olunmuş və erməni barbarları tərəfindən xarabalığa çevrilən ərazilərdə Azərbaycanın gördüyü yenidənqurma və bərpa işləri də, beynəlxalq ictimaiyyətin gözündən qaçmamalıdır. Bu faktdır və Azərbaycanın tarixi ədaləti bərpa etdiyi andır!

Dünya ictimaiyyəti, xüsusən Qərbin aparıcı dövlətləri, o cümlədən bir sıra beynəlxalq təşkilatlar bu gün də, Azərbaycana qarşı ikili standartlar tətbiq etməyə çəkinmirlər. Etiraf etmək gərəkir ki, beynəlxalq hüquq və qanunlar hər zaman Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Bu gün də, bir sıra Qərb ölkələri Azərbaycn tərəfindən qazanılmış zəfərə rəğmən, regionda sülh və əminamanlığın bərqərar olmasına rəğmən hələ də münaqişənin ədalətli həllinə əngəl olmaqda davam edirlər. Onlar hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etsələr də, ATƏT-in Minsk qrupu olaraq illərlə münaqişənin həllinə dair qəti addımların atılmasına, işğalçı Ermənistana təzyiq mexanizmlərinin gücləndirilməsinə səy göstərmədilər. Bu isə onların vasitəçi qismində fəaliyyətnin uğursuz olduğunu söyləməyə əsas verir.

Bütün bunlara baxmayaraq, 44 günlük müharibə dünya ictimaiyyətinə nəinki Ermənistanın işğalçı, terrorçu və separatçı olduğunu sübut etdi. Eyni zamanda Azərbaycan Ermenistanın illərdir apardığı məkirli siyasəti ifşa etməyə müvəffəq oldu. Dünya ictimaiyyəti nə qədər ikili standartlardan çıxış etsə də, bu Azərbaycanı öz haqq yolundan çəkindirmir. Azərbaycan beynəlxalq hüququn bütün normalarına riayət edir. Ermənistana qarşı qətnamələr qəbul edən beynəlxalq təşkilatlar, xüsusən BMT TŞ-nın 4 qətnaməsi icra edilmədi. Azərbaycan isə öz torpaqlarını işğaldan azad etməklə həm də bu qətnamələrin icrasına nail oldu.

Azərbaycan 44 gün ərzində döyüş meydanı ilə yanaşı, informasiya məkanında da ermənilərə və onları dəstəkləyən bir sıra mərkəzələrə qarşı uğurlu mübarizə apardı. Qərəzli, ermənipərəst, bəzi hallarda açıq şantaj ritorikasına keçən “beynəlxalq mətbuat”ın nümayəndələrinə şəxsən Azərbaycan Respublikasının Prezidenti cavab verdi. 44 gün ərzində müsahibələrindəki tutarlı, arqumentli faktları ilə dünya ictimaiyyətinin gözü önündə illərdir ermənilərin təbliğ etməyə çalışdığı “yalan maşınını” darmadağın etməyə nail oldu. Belələiklə, istər müharibə meydanında, istərsə də informasiya məkanında Azərbaycan qətiyyətli qələbə qazandı. İşğala son verildi, terrora qalib gəlindi, regiona barış və sülh gətirildi.

Təəssüfləndirici haldır ik, beynəlxalq ictimaiyyət işğalçı Ermənistanın törətdiyi cinayətlərə qarşı illərlə səssiz qaldığı kimi, bu gün də bəzi məqamlarda susmağa üstünlük verir. Azərbaycan torpaqlarını xarabalıqlara çevirmiş, milli-mədəni abidələrimizə qarşı terror siyasəti həyata keçirmiş, dini məbədlərimizi öbzününküləşdirməyə cəhd göstərmiş erməni vandalları bu gün də beynəlxalq hüququn qarşısında cavab vermirlər.

Azərbaycanın yolu haqq yoludur! Regionda davamlı sülh və barış üçün canından və qanından keçən Azərbaycan, cinayətkarın beynəlxalq hüquq qarşısında məsuliyyət daşımasına da nail olacaqdır!”.

www.yenicag.az

223
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100