!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sosial şəbəkə “fenomen”lərinin at oynatdığı YERLİ SERİALLAR: “Təbiilik, istedad yox, amma...” - Aktrisadan KƏSKİN İRAD

!Reklam – Yazi

“Peşəkar aktyor, məsələn, 5 min manat qonorar istəyirsə, razılaşmırlar”.

Bu sözləri yerli seriallarıla bağlı tənqidi fikirlərini dilə gətirən gənc aktrisa və aparıcı Şəbnəm Əliyeva Yenicag.az-a açıqlamasında deyib.

O, qeyri-peşəkar insanların reytinq naminə seriallara çəkildiyini, peşəkarların isə kənarda qaldığını təəssüflə bildirib:

“Seriallarda keyfiyyət artmaq əvəzinə, getdikcə azalmağa doğru gedir. Birinci səbəb budur ki, peşəkar aktyorlar, aktrisalar qalır qıraqda, onların əvəzinə tanımadığımız qeyri-peşəkar, və təhsilsiz insanlar rol alır.

Buna görə də belə davam etdikcə, insanlarımız hələ çox türk seriallarına baxmalı olacaqlar. Baxırsan, təbiilik yox, istedad yox, görünüş yox, amma seriallarda baş roldadır. İndi reytinq naminə peşəkar aktyorları yox, tiktoker, bloqerləri baş rola çəkirlər. Tiktokerdən gələn reytinqə möhtacsınızsa, onda vay sizin halınıza.

Keyfiyyətsiz serialların çəkilməsinin ikinci əsas səbəbi qonorarla bağlıdır. Aktyora pul verməyib, iş tələb edirlər. Amma bir gün ərzində 20 səhnə çəkib, nəticədə keyfiyyətli iş gözləmək də doğru deyil.

Peşəkar aktyor, məsələn, 5 min manat qonorar istəyirsə, razılaşmırlar. Amma hansısa tiktoker, bloqerə o pulu artıqlaması ilə verirlər. Söz də deyəndə, qayıdırlar ki, xəbəriniz yoxdur, o çox məşhurdur.

Efir mədəniyyəti deyilən bir şey var, axı hər adamı da efirə çıxarmaq olmaz.  O qədər pul verib, tapşırılıb, aktyor, aktrisa kimi təqdim edilənlər var…

Əvvəllər hamı model adı altında məşhurlaşırdı, indi də aktrisa adı moda düşüb. Aktyorluq böyük sənətdir. Bunu adiləşdirmək sənət adına bir ləkədir. Olmaz. Ayıbdır! Hər bir adam özünə və işinə hörmət etməlidir”.

www.yenicag.az

329
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv