!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkə hesablarına artan KİBERHÜCUMLAR: Mütəxəssis istifadəçilərə bunları tövsiyə edir – DETALLAR

!Reklam – Yazi

“Fişinq hücumların Azərbaycanda daha effektiv olmasının səbəbi insanların zəhmətsiz qazanca daha çox fokuslanmasındadır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son zamanlar vətəndaşların sosial şəbəkə hesablarına artan kiberhücumlar və mümkün çıxış yolları haqda danışan informasiya təhlükəsizliyi üzrə mütəxəssis Elvin Abbasov deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycan kiberhücuma ən çox məruz qalan ölkələr arasındadır.

“Burada bir çox alt motivlər mövcuddur. Telefonlarda lazımı qədər yenilənmələrin, oradakı “aplication”ların hər birinin mənşəyi bilinən tətbiqlər olmaması, tətbiqlərin yenilənməməsi, bundan əlavə sosial şəbəkə istifadəçilərinin rəqəmsal səriştəliyinin az olması, “Whatsapp plus” kimi mənşəyi bəlli olmayan proqramlardan istifadə olunması kimi məqamları misal göstərmək olar”, – deyə o sadalayıb.

Ekspert qeyd edir ki, fişinq hücümların daha effektiv olmasının səbəbi vətəndaşların zəhmətsiz qazanca meylli olması ilə əlaqədardır.

“Müxtəlif primitiv dələduzluq növlərinin Azərbaycanda daha effektiv olduğunu görürük. Fişinq hücumların Azərbaycanda daha effektiv olmasının səbəbi insanların zəhmətsiz qazanca daha çox fokuslanmasıdır. “Linkə daxil ol pul qazanmısan”, “5 manat qoyaraq, 100 azn qazanacaqsan” kimi haqsız qazanc yolları ilə vətəndaşlar tələyə salınır. Ümumiyyətlə, bu sahədə ölkəmizdə maarifləndirmə çox aşağıdır. Kibergigenika, rəqəmsal səriştəlik sahəsində vətəndaşlarımız məlumatsızdırlar”, – ekspert bildirib.

Mütəxəssis əlavə edib ki, insanlar rəqəmsal səriştəliyi yalnız sosial şəbəkələrin istifadəsi ilə ölçür:

“Telefonda olan primitiv işləri tam yerinə yetirə bilməsələr də, müəyyən sosial şəbəkələrdə son dərəcədə aktiv ola bilirlər. İkili identifikasiyanı aktivləşdirmək kimi adi bir işi yerinə yetirə bilmədikləri üçün sosial şəbəkə hesabları oğurlana bilir. Ölkəmizdə 9 milyondan çox internetə çıxışı olan vətəndaş, 6 milyondan çox sosial şəbəkə istifadəçisi var. 6 milyondan çox sosial şəbəkə istifadəçisi olan ölkənin vətəndaşının artıq rəqəmsal səriştəliyi çoxdan yaranmalı idi. Lakin bunun tam əksinin şahidi oluruq. Dəfələrlə həm dövlət qurumları, həm də mütəxəssislər tərəfindən vətəndaşlara xəbərdarlıqlar olunur. Lakin yenə də bu sahədə ciddi şəkildə maarifləndirmə işləri aparılmalıdır”.

İsmayıl Bakuvi

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv