!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkə hesablarının TƏHLÜKƏSİZLİYİ: “Belə halların qarşısını almaq üçün...”

!Reklam – Yazi

“İkili identifikasiya aktivləşdirildikdən sonra səhifəyə hər giriş cəhdində mobil cihaza kod gəlir”.

Bu fikirləri sosial şəbəkə hesablarının oğurlanması hallarının qarşısının alınması yolları haqda danışan İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) üzrə ekspert Elvin Abbasov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sosial şəbəkə hesablarının qorunmasında ikili identifikasiyanın aktivləşdirilməsi əhəmiyyətli rol oynayır:

“Son illərdə sosial şəbəkə hesablarının kütləvi şəkildə oğurlanması halları artmaqda davam edir. Belə halların bir qismi sırf şəxsi qərəzlilik zəminində baş verir.

Bir çox hallarda isə çox izləyicisi olan səhifələr oğurlanır və onların vasitəsilə xarici kriptovalyuta, saxta valyuta satmaq, həmçinin dələduzluq məqsədləri üçün istifadə olunur.

Bunların qarşısını almaq üçün biz ikili identifikasiyanın aktivləşdirrilməsini tövsiyə edirik. İkili identifikasiya aktivləşdirildikdən sonra səhifəyə hər giriş cəhdində mobil cihaza kod gəlir və həmin kod vasitəsilə ilə giriş edilir.

Eyni zamanda, qeyd edim ki, oğurlanan böyük səhifələrin bərpası mümkündür. Bunun üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edərək oğurlanan səhifələri bərpa etmək olar”.

Nuray Məmmədzadə

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv