!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkə QURBANLARI: “TikTok” trendlərinin öldürücü tərəfləri - ARAŞDIRMA

!Reklam – Yazi

Sosial şəbəkə platformaları günümüzün əsas parçasına çevrilib. Statistikalara görə, 4.48 milyarddan çox insan aktiv sosial media istifadəçisidir. Bu platformaların həyatımızda müəyyən müsbət təsirləri var, insanlar xoşbəxt anlarını, xatirələrini digərləri ilə paylaşır, yeni insanlarla tanış olur və s.

Sosial şəbəkələrin müsbət tərəfləri olduğu qədər, mənfi, hətta təhlükəli tərəfləri də var. Yüzlərlə insan internetdə məşhur olan trendləri çəkərək ya ölüb, ya da yaralanıb. Bundan əlavə, tanımadığı insanlarla görüşüb öldürülən insanlar da az deyil.

Yenicag.az sosial şəbəkə qurbanlarına çevrilən şəxsləri, təhlükəli trendləri və həmin trendlər nəticəsində müxtəlif təhlükələrlə üzləşmiş insanların siyahısını təqdim edir.

2021-ci ildə “TikTok”da meydana çıxan “Blackout challenge” ən təhlükəli trendlərdən biridir.

İddialara görə, bu trend bəzi gənc istifadəçilərin ölümünə səbəb olub. Belə ki, bu trendin məqsədi insanlara huşunu itirənə qədər donmuş bal və qarğıdalı şərbəti yedirtmək və yaxud da dəqiqələrlə nəfəs aldırmamaqdır. “Bloomberg businessweek”in hesabatına görə, bu trend vasitəsilə son 18 ayda 12 gənc və 15 azyaşlı dünyasını dəyişib. Bu trendə qoşularkən vəfat edən uşaqlardan biri də 10 yaşlı Nayla Andersondur. O, huşunu itirənə qədər nəfəs almağı dayandırıb və nəticədə xəstəxanaya yerləşdirilib. Həkimlər 19 gün boyunca əlindən gələni etsə də, Naylanın xilas etmək mümkün olmayıb.

Rəqs trendi olaraq da bilinən “Cha Cha slide challenge” nə qədər əyləncəli görünsə də, bir o qədər təhlükəlidir. Bu “challenge”a qoşulan insanlar rəqs edərək hovuza girməyə və ya video çəkərək çox sürətli şəkildə avtomobil idarə etməyə çalışırlar. Lakin diqqətsizlik ücbatından qolları, boyunları qırılan, yaralanan və hətta ölümcül vəziyyətə düşən insanlar xeyli çoxdur.

Sağlamlıq üçün ən təhlükəli trendlərdən biri də “Benadryl challenge”dir. Bu trendi çəkən insanlar həddindən artıq allergik tərkibli dərman içirlər və çox sayda insan bu tip videolardan sonra xəstəxanaya yerləşdirilib. Ötən il ABŞ-nin Oklahoma ştatında Khloya Mari Filips bu trendin çəkilişi zamanı yüksək doza səbəbilə dünyasını dəyişib.

Sadalanan trendlərə görə, “TikTok” şirkəti dəfələrlə məhkəməyə verilib.

Hər kəs sosial şəbəkələrin əyləncəli tərəfinə baxır. Lakin burada kifayət qədər təhlükəli hadisələr də baş verir.

Təhlükələr bununla da bitmir. Sosial media platformalarında tanış olduğu insanlarla görüşüb öldürülən insanlar da az deyil.

22 yaşında olan Britaniyalı Greys Milleyn 2018-ci ildə “Tinder” platformasında tanış olduğu biri ilə görüşməyə getdikdən sonra ondan heç kəs xəbər ala bilməyib. Bir neçə gün sonra isə onun cansız bədəni çay qırağında tapılıb. Tanış olduğu 26 yaşlı Cessi Şeyn Kempson adlı şəxs təcavüz və qəsdən adam öldürmə maddələri ilə məhkəmə qarşısına çıxarılıb.

23 yaşlı universitet tələbəsi Molli Maklaren keçmiş sevgilisi Coşua Stimpson tərəfindən vəhşicəsinə öldürülüb. 2016-cı ildə sosial şəbəkə vasitəsi ilə tanış olan cütlük 2018-ci ildə ayrılıb. Ayrılığı qəbul edə bilməyən Coşua Mollini izləməyə başlayıb. Həmin ilin 29 iyununda idmandan çıxarkən Mollini qarşılayan Coşua onunla sadəcə danışmaq istədiyini bildirib. Beləliklə, maşını kimsəsiz meşəyə doğru sürüb və Mollini oradaca öldürüb.

Sosial şəbəkə platformalarında tanış olduğu insanla görüşdükdən sonra itkin düşən, bu günə kimi tapılmayan insanlar da var.

Yeni insanlarla tanış olmaq maraqlıdır, lakin bu, bəzən çox təhlükəli hadisəyə çevrilə bilir.

Şahanə Paşa

www.yenicag.az

2078
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv