!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkədə cinayətkarlığı təbliğ edən videolar paylaşan şəxs tutuldu - VİDEO

!Reklam – Yazi

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Elşən Həsənzadə tutularaq istintaqa təqdim edilib.

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd revolver tipli tapança və 10 ədəd patron aşkar edilib. Elşən Həsənzadə odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv